İran vurduğu təyyarədə həlak olan 8 nəfərə görə 142 milyon dollar təzminat ödəməlidir.
Bizim.Media xəbər verir ki, Kanadanın Ontario Ali Məhkəməsi SEPAH-ın Ukrayna təyyarəsini vurması və 176 sərnişini öldürməsinin terror aktı olduğunu bəyan edib.
Məhkəmə belə qənaətə gəlib ki, bu qəsdən edilib. Məhkəmənin qərarına əsasən, İran Ukrayna təyyarəsi qəzasında həlak olan 8 nəfərin ailələrinə 142 milyon dollar təzminat ödəməlidir.
Qurbanların ailələri terror aktına və dəymiş zərər və itkilərə görə məsuliyyət daşıdığı üçün İranın bəzi səlahiyyətli şəxslərini və qurumlarını məhkəməyə verib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarəni havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurub və təyyarədə olan 176 nəfərin hamısı həlak olub.
Bizim.Media