Türkiyənin Artvin, Van, Kayseri və Bartın vilayətində altı yer qeydə alınaraq “mütləq qorunmalı həssas ərazi” elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Müvafiq sənəd "Resmi Gazete"də dərc edilib. Qərara əsasən, sözügedən ərazilərdə bəzi yerlərin xəritə və eskizləri, sərhədləri, koordinatları yer alıb.
Bizim.Media