Türkiyənin İzmir şəhərində İsveçin Fəxri Konsulluğu binası qarşısında silahlı hücum olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən şəxs viza ala bilmədiyi üçün bu addımı atıb.
Silahlı hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, şübhəli şəxs nəzarətə götürülüb.
Bədəninin müxtəlif yerlərindən xəsarət alan və həyati təhlükəsi olan qadın Tepecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Cinayətkar polislər tərəfindən saxlanlıb.


Bizim.Media