“Ukrayna Qərbdən kifayət qədər yardım almır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Braziliyanın “GloboNews” telekanalına müsahibəsində deyib.
“Kifayət qədər kömək varmı? Müharibə bitsəydi, bu yardımlar kifayət edərdi. Nə qədər ki, müharibə davam edir, heç nə kifayət etmir. Bu, nələrinsə çatışmadığını göstərir”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, yardım təkcə silah verməklə olmur:
“Kiyevin həm silahlanmada, həm də informasiya müharibəsində dəstəyə və humanitar yardıma ehtiyacı var”.
Bizim.Media