İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə virtual sessiyası keçirilir.
Bizim.Media İƏT-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd son günlər İsveç və Danimarkada Quranın təkrar yandırılması ilə əlaqədardır.
Bildirilir ki, Səudiyyə Ərəbistanı və İraqın xahişi ilə təşkil olunan görüş virtual formatda keçirilir.
İclasda nazirlər İsveç və Danimarkada Quranın təkrar təhqir olunması və yandırılması hallarını müzakirə edirlər.
Bizim.Media