Rusiyanın Altay Respublikasında yerləşən "Dağ qartalı" uşaq düşərgəsində 69 nəfər qidadan zəhərlənib.
Bizim.Media xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 7-17 yaşlı şəxslərdə bağırsaq infeksiyasının əlamətləri qeydə alınıb.
Düşərgədə ümumilikdə 354 uşaq dincəlir.
/Zəhərlənən uşaqlara tibbi yardım göstərilib, onlar xəstəxananın infeksion şöbələrinə yerləşdiriliblər.
Bizim.Media