1986-cı ildə İsveçrədə yoxa çıxan alpinistin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, 37 il sonra İsveçrənin Matterhorn dağı yaxınlığındakı buzlaqda tapılan insan qalıqlarının 1986-cı ildən itkin düşən alman alpinistinə aid olduğu təsdiqlənib.
Polis alpinistin adını açıqlamasa da, 1986-cı ildə dağdan yoxa çıxan kişi alpinistin yoxa çıxanda 38 yaşında olduğunu və hadisənin gəzinti zamanı baş verdiyini bildirib.
Bizim.Media