Ukrayna Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev rejimi S-200 hava hücumundan müdafiə sistemi raketi ilə terror hücumu həyata keçirib. Nəticədə bir çox binaya ziyan dəyib, mülki əhali zərər çəkib. 10-dan çox insan xəsarət alıb”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media