Xəbər verdiyimiz kimi Rusiya Ordusu Dneprdə hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Partlayış nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün teleqram kanalında məlumat verib.
"Dnepr. Cümə axşamı. Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu. Biz Rusiyanı xalqımıza qarşı təcavüz və terrora görə tam cəzalandırmaq üçün hər şeyi edəcəyik. Biz ədalət naminə hər şeyi edəcəyik”, - deyə Ukrayna prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, bütün lazımi xidmətlər hadisə yerinə gəlib və insanlara kömək edir.
Bizim.Media