"Rusiya Ukraynadakı vəziyyəti həll etmək üçün sülh danışıqlarına hazırdır".
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva sülh üzrə dialoqa hazırdır, lakin Ukrayna çətin vəziyyətdə olsa belə, istənilən fürsətdən imtina edir:
“Rusiya tərəfi öz açıqlığını qoruyur, amma bunu ukraynalılar haqqında demək olmaz. Ukraynalılar güzəştsiz mövqelərini davam etdirirlər. Xüsusilə indi, çətin vəziyyətdə olduqları zaman yenə də hər hansı bir dialoq imkanını rədd edirlər”.
Bizim.Media