İtaliya Senatı 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
"Mən İtaliya Senatının Qolodomorun soyqırım kimi tanınmasını alqışlayıram. Bu, dəhşətli cinayətlərin təkrarlanmasının qarşısının alınması üçün əsas şərtdir", - deyə Yermak qeyd edib.
O, Ukraynaya çoxşaxəli dəstəyinə görə İtaliyaya təşəkkür edib.
Bizim.Media