Son günlər premyerası baş tutan "Barbie" filmindən sonra trendə çevrilən çəhrayı geyimlər rusiyalı siyasətçilərin də diqqətini cəlb edib.
Bizim.Media xəbər verir ki, "Vahid Rusiya" partiyasının deputatları Dövlət Dumasına çəhrayı geyimdə gəliblər.
Dövlət rəsmiləri Tatyana Butskaya və Yekaterina Xarçenko da iclasa “Barbie rəngi” sayılan çəhrayı geyimlərdə qatılıblar.

Bizim.Media