Ukrayna İstanbulda keçirilən IDEF 2023 beynəlxalq müdafiə sənayesi sərgisində “MAGURA V5” dəniz dronunu təqdim edib.
Bizim.Media “rbc.ua”ya istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dron kəşfiyyat aparmaq funksiyasına malikdir.
Həmçinin PUA-nın minalardan təmizləmə, döyüş tapşırıqları və donanmanın mühafizəsində iştirak etmək kimi xüsusiyyətləri var.
Məlumata görə, Türkiyə və Ukrayna pilotsuz təyyarələr sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparacaq.
Bizim.Media