Ukraynada Azərbaycan diasporunun üzvü Firudin Məmmədov vəfat edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, 84 yaşında dünyasını dəyişib.
Firudin Məmmədov 1956-cı ildə hərbi xidmət keçmək üçün Ukraynaya yollanıb. O, xidmətini başa vurduqdan sonra da Ukraynada yaşamağa davam edib.
Firudin Məmmədov uzun illərdir Ukraynada ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyət göstərib. O həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi idi.
Allah rəhmət eləsin!
Bizim.Media