Parisdə UNESCO və ABŞ bayraqlarının qaldırılması mərasimi keçirilib, tədbir Vaşinqtonun təşkilatın tərkibinə qayıtmasına həsr olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.
Məlumata görə, mərasimdə ABŞ-ın birinci xanımı Cill Bayden iştirak edib. “Bu gün sizə qoşulmaq mənim üçün şərəf idi. Biz qlobal tərəfdaşlığımızın simvolu olan Birləşmiş Ştatlarının bayrağını ucaldırıq”, — deyə Amerikanın birinci xanımı bildirib.
ABŞ hələ Donald Trampın prezidentliyi dövründə - 2018-ci ildə təşkilatı tərk edib, ölkə bu qərarı UNESCO-nun guya dərin yenidənqurmaya ehtiyacı olduğu ilə əsaslandırıb.
Bizim.Media