Türkiyənin Adana vilayətinin Kozan rayonunda 5,5 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ 11,27 kilometr dərinlikdə baş verib.
Yeraltı təkanlar Türkiyənin Osmaniyye və Qaziantep bölgələrində də hiss edilib. Təbii fəlakət nəticəsində dağıntı və itki olmayıb.
Bizim.Media