Rusiyada cinsiyyətin dəyişdirilməsi qadağan edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkə prezidenti Vladimir Putin qərar imzalayıb.
Qərara əsasən, cinsiyyətin dəyişdirilməsi yalnız tibbi səbəblərə görə mümkün olacaq. Qalan hər kəs üçün qadağa tətbiq ediləcək.
Cinsini dəyişənlər uşaqları övladlığa götürə və qəyyum ola bilməyəcəklər. Əgər həyat yoldaşlarından biri cinsiyyətini dəyişibsə, bu, boşanma üçün əsas sayılacaq.
Bizim.Media