İraqın paytaxtı Bağdadın Sədr bölgəsində İsveçdə Quranın yandırılmasına görə etiraz aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrlə birlikdə yüzlərlə insan Qurana qarşı edilən qeyri-etik hərəkətlərə etiraz əlaməti olaraq əllərində Qurani-Kərimlə küçələrə çıxaraq aksiya keçiriblər.
Qeyd edək ki, bu gün Danimarkanın paytaxtı Kopenhagendə yerləşən İraq səfirliyinin binası qarşısında da etiraz aksiyası keçirilib və Qurani-Kərim yandırılıb.
Bizim.Media