İsrail Baş naziri Binyamin Netanyahu əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb və əməliyyat uğurla keçib.
Qeyd olunub ki, baş nazirin səhhəti yaxşı qiymətləndirilir və o, Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.
Bizim.Media