Aktyor və rejissor Çarli Çaplinin qızı, Nobel mükafatı laureatı Eugene O’Nilin nəvəsi aktrisa Cozefina Çaplin 75 yaşında Fransada vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Le Figaro” nəşri yayıb.
Aktrisanın yaxınları nəşrə onun 13 iyul 2023-cü ildə vəfat etdiyini bildiriblər.
O, Parisdəki evində dünyasını dəyişib. Ölümün səbəbləri açıqlanmayıb.
Mənbə yazır ki, aktrisa ilə vida mərasimində yalnız ailə üzvləri iştirak ediblər. Mətbuat nümayəndələri mərasimə buraxılmayıb.
Bizim.Media