Rusiyalı milyarder İqor Kudryakov Moskavada evində ölü tapılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, “Slujba 77” çatdırılma xidmətinin təsisçisinin meyiti Kudrinskaya meydanındakı mənzilində aşkarlanıb.
Bildirilib ki, onun bədənində hər hansı zorakılıq əlamətləri olmayıb. İlkin məlumata görə, 63 yaşlı biznesmenin ölüm səbəbi onkoloji xəstəlik olub.
Bizim.Media