Ermənistanda Rusiya vətəndaşı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsinin beşinci mərtəbəsinin pəncərəsindən özünü atıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “shamshyan.com” saytı məlumat yayıb.
Bildirilib ki, kişi yerindəcə keçinib.
Nəşrin məlumatına görə, ölən şəxsin adı Vadim Volkov olub. Hadisənin təfərrüatları barədə məlumat verilməyib. Məlumata görə, tullanan zaman o, əli qandallı olub.
Bizim.Media