BMT Təhlükəsizlik Şurası iyulun 21-də iclas keçirəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın taxıl sazişində iştirakını dayandırması ilə bağlıdır.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq iclas Qərb ölkələrinin təşəbbüsü ilə keçiriləcək.
Xatırladaq ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib.
Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
Bizim.Media