Qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq mümkün olmayacaq

Britaniyanın aparıcı iqlimşünası, BMT-nin iqlim qurumunun keçmiş rəhbəri, professor Ser Bob Vatson bildirib ki, qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfinə çatmaq mümkün olmayacaq.

Bizim.Media BBC telekanalına istinadla xəbər verir ki, onun bu xəbərdarlığı Avropa, Çin və ABŞ üçün həddindən artıq istilərin olduğu vaxta təsadüf edir. BMT bildirib ki, limitin aşılması milyonlarla insanı potensial dağıdıcı iqlim hadisələrinə məruz qoyacaq.

Dünya 2015-ci ildə Parisdə keçirilən BMT konfransında iqlim dəyişikliyi səbəbindən temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı məhdudlaşdırmağa cəhd etmək barədə razılaşdı. Bu hədəf iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylərin mərkəzinə çevrilib.
İqlim alimləri illərdir hökumətlərə xəbərdarlıq edir ki, onlar öz ölkələrinin emissiyalarını bu hədəf daxilində saxlamaq üçün kifayət qədər səy göstərmirlər. Lakin BMT-nin iqlim elmləri orqanı olan IPCC-nin keçmiş rəhbəri kimi yüksəkvəzifəli bir alimin pessimist proqnozu təəccüblüdür.

Bob Vatson hazırda Böyük Britaniyanın “Tyndall” İqlim Tədqiqatları Mərkəzinin fəxri professorudur. O, əvvəllər BMT, NASA, Böyük Britaniyanın Ətraf Mühit Departamentində və Ağ evdə çalışıb və dünyanın ən qabaqcıl iqlim alimlərindən biridir. O jurnalistlərə müsahibəsində deyib:
"Məncə, insanların çoxu qorxur ki, biz nail olacağımıza inanmadığım 1,5 dərəcə Selsi həddindən imtina etsək, fəlakət baş verəcək. Əslində, mən hətta 2 dərəcə Selsiyə nail olmaqdan çox bədbinəm və temperaturun daha yüksək olmasına icazə versək, hökumətlər gələcəkdə daha da az iş görəcəklər."

Alimin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətin vəziyyəti ilə bağlı şərhləri səmimidir və həmkarlarının çoxu onun 2,5 dərəcə Selsi və ya temperaturun daha çox yüksəlməsi qənaəti ilə razılaşmalı olacaq. Hökumətlərin istixana qazı emissiyalarının azaldılması ilə bağlı öhdəliklərinə əsaslanaraq, “Climate Action Tracker” qlobal temperaturun 2,7 dərəcə Selsiyə yüksələcəyini proqnozlaşdırır. Bu rəqəm dünya temperaturunun birbaşa ölçüsü deyil, Yerin uzunmüddətli qlobal orta göstərici ilə müqayisədə nə qədər isindiyini və ya soyuduğunun göstəricisidir və hətta kiçik dəyişikliklər də əhəmiyyətli təsirlərə səbəb ola bilər.

BMT-nin iqlim orqanı IPCC temperaturun 2 dərəcə Selsi deyil, hətta 1.5 dərəcədə qalmasının müsbət nəticələrini göstərib: dəniz səviyyəsinin yüksəlməsinə görə daha 10 milyon az insan evlərini itirəcək, su çatışmazlığı yaşayan insanların sayı 50 faiz azalacaq və mərcan rifi itkisi 99 faizdən 70 faizə düşəcək.
Bob Vatson bununla bağlı deyib: “Əsas məsələ odur ki, biz cari emissiyaları ən az 50 faiz azaltmalıyıq. Lakin problem ondadır ki, emissiyalar hələ də artır. Hədəflər müəyyən etmək kifayət deyil və ölkələr onları həyata keçirməlidir. Hətta Böyük Britaniya kimi həqiqətən də yaxşı hədəfi olan hökumətin belə bununla bağlı siyasəti yoxdur, bu məqsədlərə çatmaq üçün maliyyə vəsaiti də çatışmır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Tıxaclar iqtisadiyyata nə qədər zərər vurur? – Açıqlama

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Bu aylarda doğulanlarla bağlı MARAQLI İDDİA

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Fransa millisinin əfsanəsi: "Ronaldonu boykot edirdilər"

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

İranın cənubda baş verən partlayışların səbəbi AÇIQLANDI

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Qadın güləşçimiz Günay Qurbanova gümüş medal qazandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

“Qızıl oyun” superkubok qarşılaşmasında Qusar təmsilçisi fərqlənib - FOTO/VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

Məşhəddə Xameneiyə cənazə namazı qılındı - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

ABŞ-də hava limanına Donald Trampın adı verildi - VİDEO

Nazirlik işə qəbul ELAN EDİR

Nazirlik işə qəbul ELAN EDİR

Roza Zərgərli qızı ilə — FOTO

Roza Zərgərli qızı ilə — FOTO

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

İranın cənubunda gərginlik: 3 şəhərdə partlayışlar baş verdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

İrandan qalmaqallı BƏYANAT: "Qonşuluq xatirinə Trampa Türkiyədə sui-qəsd təşkil etmədik" - FOTO

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Zelenski: “Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm”

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Əlləriniz xəstəliyinizdən xəbər verir - Diqqətdən qaçan təhlükəli əlamət

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Mətanətdən verilişinə çağırılmayan müğənnilərə: "Əlinizi cibinizə atın"

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Müdafiə Nazirliyi hərbçilərin yaxınlarına MÜRACİƏT ETDİ - VİDEO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Dünyanın 1 nömrəsi Azərbaycandandır! - FOTO

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

Fransada istilərə görə AES-in ikinci reaktoru da DAYANDIRILDI

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

İsrail ordusu yenə döyüş hazırlığı vəziyyətinə GƏTİRİLDİ

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY

End of content

No more pages to load

RADİO