Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətində rəsmi səfərdədir.
Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən rəsmi qarşılanma mərasimi olub.
Məlumata görə, əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirilib.
İki ölkənin nümayəndə heyətlərinin təqdimatından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saniyə Türkiyənin yerli istehsal avtomobili olan “Togg”u hədiyyə edib.
Tərəflər görüşün baş tutacağı binaya həmin avtomobildə gəliblər.


Bizim.Media