ABŞ Ukraynaya daha 250 milyon dollar maddi yardım ayırmağa qərar verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.
Bu vəsait Ukraynada kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün ayrılıb:
“250 milyon dollarla USAID Ukraynada suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”.
Bizim.Media