Ankarada kapsul istehsal edən zavodda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
“Ankarada maşınqayırma və kimya sənayesi üçün kapsulların istehsalı zavodunda partlayış olub”, - deyə telekanal bildirib.
İlkin məlumata görə, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Bizim.Media