Pandemiya səbəbilə bir ildir yaxınlarını qucaqlamayan və koronavirusa qarşı peyvənd olunmasına baxmayaraq qucaqlaşmaqdan qorxan 81 yaşlı Evelin Şou adlı qadına həkimi maraqlı resept yazıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, yaşlı qadının həkimi reseptdə "nəvəni qucaqlaya bilərsən" yazıb.
Həmin resepti sosial şəbəkə hesabında paylaşan Evelin Şounun qızı "bir ildə ilk dəfədir qucaqlaşır. Bunu mümkün edən bütün elm adamlarına və həkimlərə təşəkkür edirəm" , - deyə bildirib.
Bizim.Media