ABŞ İsveçin NATO-ya üzvlüyü müqabilində Türkiyəyə "F-16" qırıcıları sata bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The Guardian" nəşri yayıb.
Mənbə yazır ki, ABŞ Prezidenti Cozef Bayden İsveçin Şimali Atlantika Alyansına daxil olmasını dəstəkləmək üçün Türkiyə ilə razılıq əldə etmək üçün fəal şəkildə çalışır.
Buna qədər ABŞ Konqresi Türkiyənin Yunanıstanla soyuq münasibətləri və Rusiyadan hava hücumundan müdafiə sistemi alması səbəbindən qırıcıların satışına qarşı çıxıb.
Bayden hazırda "F-16"ların Türkiyəyə satışını dəstəklədiyini, lakin Konqresin veto hüququna malik olduğu üçün satışa icazənin onun səlahiyyətində olmadığını bildirib.
Bizim.Media