“Ermənistan müstəqil siyasət aparmır, məhz bu səbəbdən ölkə özünü belə acınacaqlı vəziyyətə salıb”.
Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Ərik ölkəsi” partiyasının lideri Zarui Postancyan səsləndirib.
“Bu gün regionda genişmiqyaslı hərbi əməliyyatların bərpası təhlükəsi var. 44 günlük müharibə daha lokal xarakter daşıyırdı. İndi real böyük müharibə təhdidi yaranıb. Son bir neçə gündə gedən proseslər belə bir təhlükədən xəbər verir”, - deyə erməni siyasətçi söyləyib.
Bizim.Media