"Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk. İdmanın siyasiləşdirilməsinin yolverilməzliyini dəfələrlə bəyan etmişik".
Bizim.Media xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov sələndirib.
Xatırladaq ki, Qoşulmama Hərəkatı nazirlərin Bakıda keçirilən görüşündə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul edib.
Bəyannamədə təşkilat üzvləri Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözlədikləri qeyd ediblər.
Bizim.Media