Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexov şəhərində humanitar yardımların aparıldığı yeri bombalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Yuri Malaşko məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb. Məlumata görə, ruslar yaşayış məntəqəsinə humanitar yardım aparılarkən idarə olunan aviabomba ilə zərbələr endiriblər.


Bizim.Media