İranda daha bir məhbus dar ağacından asılıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İrandakı İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, Kirman əyalətinin mərkəzi həbsxanasında Abdülhadi Rigi adlı məhbus edam edilib.
O, narkotik alverində ittiham olunub.
Bizim.Media