“Vladimir Putin iyunun sonunda Dağıstana öz dublyorunu (oxşar) göndərib və sonra Moskvanı tərk etmədiyini etiraf edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri keçmiş KQB və Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov səsləndirib.
Jirnov deyib ki, dağıstanlı bir qız Kremlə Putinə baş çəkməyə gəlib. Guya onu Dərbənddə görə bilməyib.
Rusiya prezidenti görüş zamanı Moskvanı tərk etmədiyini etiraf edib.
"Biz ilk dəfə Putinin özündən Dağıstanda onun dublyorunun olduğuna dair mütləq sübut aldıq. Çünki əsl Putinin özü kameralara heç yerə getmədiyini deyib. O, həmçinin etiraf edib ki, dublyoru Dağıstana 5 milyard rubl verə bilməz (Putin qızla görüşərkən Dağıstana belə bir məbləğin köçürülməsi əmrini verib), çünki ora bunun üçün getməyib”, - deyə o, izah edib.
Bizim.Media