İyulun 9-u bazar günü Kiyevin Brovarski şossesində irimiqyaslı yanğın baş verib.
Bizim.Media “rbc.ua” nəşrinə istinadən xəbər verir ki, şəhərdə yanacaqdoldurma məntəqəsinin yandığı bildirilib.
Yanğının səbəbləri hələlik məlum deyil.
Qeyd olunur ki, yanğınsöndürənlər artıq Dnepr vilayətində yanacaqdoldurma məntəqəsində baş vermiş yanğının söndürülməsi ilə məşğuldur. Söndürmə işlərinə 30 canlı qüvvə və 5 texnika cəlb olunub.
Bizim.Media