ABŞ Prezidenti Co Bayden 9-13 iyul tarixlərində Böyük Britaniya, Litva və Finlandiyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, C.Bayden ilk növbədə Londona səfər edəcək və Kral III Çarlz və baş nazir Rişi Sunak ilə danışıqlar aparacaq. Daha sonra ABŞ Prezidenti Litvaya yollanacaq və Vilnüsdə NATO-nun 74-cü sammitində iştirak edəcək.
Son olaraq C.Bayden Finlandiyaya səfər edəcək.
Bizim.Media