“Arbat” erməni könüllü batalyonunun təşəbbüskarı və sponsoru olan Qorlovka (Ukraynanın Donetsk vilayəti) sakini Armen Sarkisyan onu özəl hərbi şirkəti tipli struktura çevirməyə hazırlaşır.
Bizim Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-i yazıb.
Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Sarkisyan Ukrayna və Rusiyadakı bir neçə həbsxanalara “nəzarət” (smotryaşiy) edir. O, şübhəli gəlir mənbələri olan, adı açıqlanmayan rusiyalı iş adamları tərəfindən maliyyələşdirilir.
Qurumun komandiri Qarabağ ermənisi Ayk Qasparyandır.
Moskvada belə bir fikir var ki, “Vaqner” tipli böyük özəl hərbi şirkətin əvəzinə bir neçə kiçik milli strukturlar yaratmaq daha səmərəlidir.
Birincisi, onlarla problem az olacaq, ikincisi, etnik qruplar arasında rəqabət onları daha səmərəli edəcək.
Bizim Media