Vəhşi xislətin OYANIŞI – “Vaqner”i Ukraynada erməni batalyonu ƏVƏZ EDƏCƏK?

Ermənilər yön dəyişdirir. “Priqojin üsyanı” iflasa uğrayandan sonra ermənilər əl-ayağa düşüblər. Onlar nəinki, Rusiyanın yanında olduqlarını, hətta ruslar üçün ölümə getmək istədiklərini sübut etməyə çalışırlar. ABŞ-ın Müharibəni Araşdırma İnstitutu (ISW) Rusiya mənbələrinə istinadən xəbər yayıb ki, Ukraynaya erməni əsilli şəxslərdən təşkil olunmuş yeni bir batalyon göndərilir. İyulun 2-də rus mətbuatı “Arbat” könüllü batalyonunun Moskvadakı erməni kilsəsindən yola salınma mərasiminin fotolarını yayıb. 

Ermənilər nəyin tövbəsini edirlər?

Son vaxtlar Rusiyaya dirsək göstərmək istəyən ermənilər tövbə edirlər. Tövbəni isə Moskvanın gözü qarşısında erməni kilsəsində edirlər. Bildiyimiz kimi son vaxtlar Ermənistanda anti-Rusiya çağırışları və Qərbə meyillilik cəhdləri kəskin artmışdı. Bu Rusiya boyunduruğundan qurtuluş deyildi. Bu sadəcə Rusiyadan daha çox iqtisadi dividend qoparmaq cəhdi idi. Amma Priqojinin aqibəti ermənilər tərs sillə oldu. Çünki, Priqojin də Ukraynada vuruşmaq üçün rəsmi Moskvadan daha çox pul qopartmaq istəyirdi. 

Lakin, Kremli muzdlu qatili özünün dili ilə başa saldı. Bununla da Kremlinin pul kisəsindən asılı olanlara, o cümlədən ermənilərə də mesaj verildi ki, “həyatda qaldığınıza şükür edin”. Beləcə, Rusiyadan daha çox şey almaq istəyən ermənilər daha çox şey itirmək qorxusunu dərindən yaşadılar və tövbə yolunu tutdular. Moskvanın erməni kilsəsindəki son olay da sadəcə yolasalma tədbiri yox, ermənilərin tövbə mərasimi idi.

Ermənilər nəyi kompensasiya etmək istəyirlər?

Ermənilər 44 günlük müharibədə təkcə işğal etdikləri əraziləri itirmədilər, həm də 30 il ərzində xarici qüvvələrdən aldıqları çox böyük iqtisadi dividenddən məhrum oldular. İndi də erməni başbilənləri itirdikləri iqtisadi itkiləri kompensasiya etmək üçün bütün imkanlara əl atır və hətta şeytanla belə sövdələşməyə gedirlər. Bunu görmək üçünsə dərin siyasi biliyə malik olmaq lazım deyil. Sadəcə baş verənləri diqqətlə izləmək lazımdır. 

Məlum olduğu kimi son 35 ildə Ermənistanı Rusiya hər cəhətdən müdafiə edirdi. Ermənistanın dövlət sərhədlərindən tutmuş, aztəminatlı ailələrə qədər Ermənistanda hər şeyi ruslar qoruyurdu. Lakin, son dövrlər Rusiyaya qarşı başlanan Beynəlxalq kampaniyalar, ən əsası 44 günlük müharibənin yekunu Rusiyanın iqtisadi və siyasi dayaqlarını sarsıtdı.

Rusiyadan aldıqlarını kompensasiya etmək üçün ermənilər Qərblə, İran və Hindistanla separat danışıqlara getməyə başladı. Bəzi hallarda umduqlarını ala bilməyən ermənilər şantaj yolunu da seçirlər. Təsadüfi deyil ki, erməni siyasətçiləri son vaxtlar Qərbə və digər maraqlı dövlətlərə açıq şəkildə mesaj verirlər ki, “biz sizə görə türklərlə düşmən olmaq zorunda qalmışıq”. 
Belə açıq təhdidlərin nəticəsidir ki, son vaxtlar həm Qərb, həm İran, həm də Hindistan Ermənistanda fəaliyyətlərini genişləndirməyə çalışırlar. Arazdəyəndə Metallurgiya zavodunun inşası da bunun əyani sübutudur. Maraqlıdır ki, zavodun investoru ABŞ şirkəti, tikintini isə Hindistan şirkəti aparır. Ən qəribəsi odur ki, hazır məhsulu isə İran şirkətlərinin alacağı deyilir. Biri-birinə düşmən olan ölkələrin eyni layihədə bir araya gəlməsi təbii ki, xeyli suallar doğurur.

Eyni zamanda, bu hadisə bir daha sübut edir ki, ermənilərin açıq mesajları cavabsız qalmayıb. Qərb, İran və Hindistan bu layihə ilə erməniləri bundan sonra da yedizdirəcəkləri vədini verdilər.

Gözdən qaçan məqam

Bu layihədə ermənilər bir vacib məqamı nəzərdən qaçırıblar. Bu da Rusiya faktorudur. Rusların qoruduğu sərhəddin 500 metrliyində ABŞ-ın bayrağının dalğalanmasına Kremli heç zaman yol vermək istəməz. Ona görə də bu layihənin uğurlu olacağı o qədər də inandırıcı gəlmir. Rəsmi Moskva Metallurgiya zavodu barədə hələlik heç bir fikir bildirməyib. Amma kim bilir, Moskvadakı erməni kilsəsində baş tutan tövbə mərasimin arxasında duran məsələlərdən biri də budur?!

Digər tərəfdən, ermənilərin ruslara yarınması nədənsə Qərbin də gözündən qaçır. Ukrayna savaşını özünün qırmızı xətti kimi təqdim edən Qərb erməni batalyonunun Rusiyaya muzdluluq etməsinə səsini belə çıxarmır. Necə ki, 30 il ərzində xalqımıza qarşı etdiklərinə səs çıxarmadılar... 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Zambiya vitse-prezidentinin helikopteri qəzaya DÜŞDÜ

Zambiya vitse-prezidentinin helikopteri qəzaya DÜŞDÜ

Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Zakir Həsənov Selçuk Bayraktarla GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Zakir Həsənov Selçuk Bayraktarla GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI

IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI

ABŞ gəmisi xarab oldu, İrana qarşı işğal planı TƏXİRƏ DÜŞDÜ

ABŞ gəmisi xarab oldu, İrana qarşı işğal planı TƏXİRƏ DÜŞDÜ

İsrail Trampı İranın sui-qəsd cəhdindən belə xilas etdi – SENSASİON DETALLAR

İsrail Trampı İranın sui-qəsd cəhdindən belə xilas etdi – SENSASİON DETALLAR

GÜNÜN HAVASI: 37 dərəcə isti...

GÜNÜN HAVASI: 37 dərəcə isti...

Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ – FOTO

Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ – FOTO

Bu aylarda doğulanların pul başından aşacaq

Bu aylarda doğulanların pul başından aşacaq

Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ

Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ

Azərbaycan və Rusiya Samur çayını bölüşdürür: Mühüm protokol İMZALANDI – FOTO

Azərbaycan və Rusiya Samur çayını bölüşdürür: Mühüm protokol İMZALANDI – FOTO

Gəncədə yeniyetmələr arasında İNSİDENT – Bıçaqlanan var

Gəncədə yeniyetmələr arasında İNSİDENT – Bıçaqlanan var

Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? - PROQNOZ

Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? - PROQNOZ

Moskvada ilk robot toyu baş tutdu – VİDEO

Moskvada ilk robot toyu baş tutdu – VİDEO

2 milyonluq çantası gündəm oldu - Fotolar

2 milyonluq çantası gündəm oldu - Fotolar

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Bu gün İstanbulda rekord İSTİ OLACAQ

Bu gün İstanbulda rekord İSTİ OLACAQ

İspaniyanı cənginə alan meşə yanğınları – Ölənlər var – VİDEO

İspaniyanı cənginə alan meşə yanğınları – Ölənlər var – VİDEO

Telefonla, yoxsa dostlarınla oynamaq daha maraqlıdır? - VİDEOSORĞU

Telefonla, yoxsa dostlarınla oynamaq daha maraqlıdır? - VİDEOSORĞU

End of content

No more pages to load

RADİO