Yer Günəşdən ən uzaq məsafədən KEÇƏCƏK - TARİX

İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək.

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetindən xəbər verilib. Bildirilib ki, yaxın günlərdə Yer kürəsinin sakinləri maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər - planetimiz öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçir. Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, 2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək. Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.

Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meylli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış Günəşduruşunda Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

Ukraynadan kütləvi DRON HÜCUMU – Rusiyanın strateji obyektləri vuruldu – VİDEO

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Zambiya vitse-prezidentinin helikopteri qəzaya DÜŞDÜ

Zambiya vitse-prezidentinin helikopteri qəzaya DÜŞDÜ

Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Zakir Həsənov Selçuk Bayraktarla GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Zakir Həsənov Selçuk Bayraktarla GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI

IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI

ABŞ gəmisi xarab oldu, İrana qarşı işğal planı TƏXİRƏ DÜŞDÜ

ABŞ gəmisi xarab oldu, İrana qarşı işğal planı TƏXİRƏ DÜŞDÜ

İsrail Trampı İranın sui-qəsd cəhdindən belə xilas etdi – SENSASİON DETALLAR

İsrail Trampı İranın sui-qəsd cəhdindən belə xilas etdi – SENSASİON DETALLAR

GÜNÜN HAVASI: 37 dərəcə isti...

GÜNÜN HAVASI: 37 dərəcə isti...

Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ – FOTO

Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ – FOTO

Bu aylarda doğulanların pul başından aşacaq

Bu aylarda doğulanların pul başından aşacaq

Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ

Evdə saxladığınız dərmanlar təhlükə yarada bilər – XƏBƏRDARLIQ

Azərbaycan və Rusiya Samur çayını bölüşdürür: Mühüm protokol İMZALANDI – FOTO

Azərbaycan və Rusiya Samur çayını bölüşdürür: Mühüm protokol İMZALANDI – FOTO

Gəncədə yeniyetmələr arasında İNSİDENT – Bıçaqlanan var

Gəncədə yeniyetmələr arasında İNSİDENT – Bıçaqlanan var

Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? - PROQNOZ

Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? - PROQNOZ

Moskvada ilk robot toyu baş tutdu – VİDEO

Moskvada ilk robot toyu baş tutdu – VİDEO

2 milyonluq çantası gündəm oldu - Fotolar

2 milyonluq çantası gündəm oldu - Fotolar

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

SEPAH-ın daha bir generalı ÖLDÜRÜLDÜ

Bu gün İstanbulda rekord İSTİ OLACAQ

Bu gün İstanbulda rekord İSTİ OLACAQ

İspaniyanı cənginə alan meşə yanğınları – Ölənlər var – VİDEO

İspaniyanı cənginə alan meşə yanğınları – Ölənlər var – VİDEO

Telefonla, yoxsa dostlarınla oynamaq daha maraqlıdır? - VİDEOSORĞU

Telefonla, yoxsa dostlarınla oynamaq daha maraqlıdır? - VİDEOSORĞU

End of content

No more pages to load

RADİO