NATO Baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Stoltenberq rəsmi "Twitter" hesabında məlumat yayıb.
"Prezident Zelenski ilə Ukraynadakı son hadisələri və NATO Sammitinə hazırlıqlarımız haqqında səmərəliı söhbətimiz oldu. Vilnüsdə müttəfiqlər uzunmüddətli dəstəyi artırmaq, siyasi əlaqələrimizi təkmilləşdirmək və Ukraynanı NATO-ya daha yaxınlaşdırmaq üçün qərarlar qəbul edəcəklər", - deyə Baş katib qeyd edib.

Bizim.Media