Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, SOCAR Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 nömrəli məktəbin binasının çöl fasadını izolyasiya edir. İşlərin dərs ilinin əvvəlinə qədər başa çatdırılması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, “SOCAR Energy Ukraine” bu məktəbi ötən ilin yayında təmir etdirib. Məktəb binasının dam örtüyü tamamilə yenilənib, sinif otaqları, həmçinin idman zalı və bomba sığınacağı təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb.
Qeyd edilib ki, elektrik enerjisi ilə bağlı problemin həlli üçün ümumtəhsil məktəbi generatorla təmin olunub.
Bizim.Media