Rusiyada MiQ-31 qırıcısı qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sakit Okean Donanması məlumat yayıb.
Bildirilib ki, qırıcı təyyarə Kamçatka ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qeyd edilib ki, təyyarə sursatsız uçurdu, axtarış-xilasetmə qüvvələri qəza yerinə göndərilib.
Bizim.Media