“Ölkəmizdə istənilən şantaj, iğtişaş törətmək cəhdləri uğursuzluğa məhkumdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
O ötən həftə Rusiyada baş verən “Vaqner” hərbi birləşmələrinin qiyamını xatırladaraq qeyd edib ki, üsyan təşkilatçıları öz ölkələrinə və xalqlarına xəyanət ediblər.
“Onsuz da silahlı üsyan yatırılacaqdı. Bu çətin dönəmdə ruslara dözüm, həmrəylik və vətənpərvərlik nümayişi üçün təşəkkür edirəm”, - deyə Rusiya lideri qeyd edib.
Putin qeyd edib ki, Rusiya Federasiyasındakı düşmənlər, Kiyevdəki “neonasistlər”, onların Qərb himayədarları və milli satqınları məhz bu cür qardaş qırğınının törədilməsinə və nəticədə Rusiyanın məğlubiyyətinə can atırdılar.
O həmçinin, üsyançıların yolunda duran və vəzifəsinə sadiq qalan təhlükəsizlik qüvvələrinə təşəkkür edib, həlak olan pilotların ailələrinə başsağlığı verib.
Bizim.Media