ABŞ-ın Corciya ştatında populyar reper Çaki Trilli öldürüblər.
Bizim.Media "The Mirror"a istinadən xəbər verir ki, 33 yaşlı hip-hop ifaçısı Çaki Trill güllələnərək qətlə yetirilib.
Belə ki, repçinin avtomobili magistralla hərəkət edərkən digər maşından açılan atəş nəticəsində yaralanan Çaki xəstəxanada ölüb.
Hadisə yerindən gizlənən qatilin kimliyi məlum deyil. Araşdırmalar gedir.
Bizim.Media