NATO-nun 6 min hərbçinin cəlb etdiyi “Spring storm”x9d bazar ertəsi Estoniyada başlayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə qüvvələrinin baş qərargahı bazar günü məlumat yayıb.
Məlumata görə, təlimlər mayın 19-na qədər davam edəcək.
Məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcək.
“Spring storm”x9d manevrləri Rusiya sərhədlərinə yaxın ərazilərdə Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək, press-relizdə deyilir.
Qoşunların yeridilməsi “Tapa (Lyaene-Viruma vilayəti) şəhərindən başlayacaq”x9d, təlimlər “mayın 19-da Ridalda inşa edilmiş aerodromda (Lyaenema vilayətinin tərkibində) başa çatacaq”x9d.
Təlimlərə, həmçinin Polşadan “Su-22”x9d qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə “F-15”x9d qırıcıları, “CH-47 Chinook”x9d hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən “Bell V-22 Osprey”x9d konvertoplanları cəlb ediləcək.