“Aİ-nin Ermənistandakı missiyası İrəvanın ümidlərini doğrultmadı”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı bildirib.
O qeyd edib ki, missiya heç bir təhlükəsizlik zəmanəti vermir:
“Eyni zamanda AI-nin missiyası regionda yeni çağırışlar yarada bilər, lakin digər tərəfdən, beynəlxalq ictimaiyyətin Cənubi Qafqaza diqqətinin daha yüksək səviyyədə olması Ermənistan üçün vacibdir və bu səbəbdən Aİ-nin missiyasının fəaliyyəti hələ ki, Ermənistanda saxlanılır”.
Onun sözlərinə görə, dünya ictimaiyyətinin diqqəti demək olar ki, tamamilə Ukrayna hadisələrinə yönəlib.
Bizim.Media