Azərbaycanın energetika naziri Pərviz Şahbazov Albaniyanın baş nazirinin müavini – infrastruktur və energetika naziri Bellinda Balluku ilə Albaniyada qazlaşdırma, TAP layihələri, ticari-iqtisadi əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparıb.
Bizim.Media xəbər verir ki, bunu azərbaycanlı nazir özünün “Twitter” hesabında məlumat verib.
"Diplomatik əlaqələrimizin 30 illiyində münasibətlərimiz yeni inkişaf mərhələsinə yüksəlir", - deyə nazir qeyd edib.
Bizim.Media
