Ukraynanın Odessa şəhərinin meri Qennadi Truxanov mənimsəmə işi üzrə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu məlumat yayıb.
Şəhər rəhbəri keçmiş Krayan zavodunun binasını ikiqat qiymətə kommunal mülkiyyətə almaq sxemini həyata keçirməkdə ittiham olunur.
Məlumatda deyilir ki, bunun üçün mer 92 milyon qrivna büdcə vəsaitindən istifadə edib.
Bizim.Media