Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır.
Məlumata görə, şəhər ağır artilleriya, PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb.
Qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.
Bizim.Media