ABŞ Dövlət Departamenti vətəndaşlarına Ukraynaya raket zərbələri təhlükəsinin davam etməsi barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.
“Ukraynaya qarşı son zərbələrin artması və Moskvanın son açıqlaması fonunda, Dövlət Departamenti ABŞ vətəndaşlarına raket hücumlarının davam edəcəyi təhlükəsi barədə xəbərdarlıq edir” – məlumatda qeyd olunub.
ABŞ səfirliyi öz növbəsində, Ukraynada olan Amerika vətəndaşlarını hava hücumu xəbərdarlığına riayət etməyə və sığınacaqlara yerləşməyə çağırıb.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 4-də gecə saatlarından başlayaraq, rus qoşunları tərəfindən raket və İran istehsalı olan “Şahed” tipli kamikadze dronlarının növbəti hücumuna məruz qalıb.
Bizim.Media